Əfqanıstanda toy mərasimində partlayış: Gəlin öldü

01:40 03-10-2021 373

Əfqanıstanın Cövzcan bölgəsində keçirilən toy mərasimi zamanı partlayış baş verib.

Toy davam edərkən partlayıcı qurğu işə düşüb.

Nəticədə gəlin həlak olub, qonaqlardan bir neçəsi yaralanıb.

Hadisənin digər təfərrüatı açıqlanmayıb.

Mənbə: “RİA Novosti”