Türkiyədə son sutkada koronavirusdan 194 nəfər ölüb

07:00 04-10-2021 379

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 194 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 348 462 nəfər test edilib, 27 351 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 22 004 nəfər sağalıb.