Azərbaycanda Əməkdar həkim koronavirusdan vəfat edib

17:00 04-10-2021 345

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

HerGun.Az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Əməkdar həkim Aydın Qədirov bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub.

İlk olaraq Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilən həkim vəziyyətindəki ağırlaşma ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasına köçürülüb.

Yaxınlarının bildirdiyinə görə, həkimlərin apardığı müalicələrə baxmayaraq, A.Qədirov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Məlumatı HerGun.Az-a Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, A.Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.

Könül Cəfərli