İlham Əliyev: “Cocuq Mərcanlıda Gövhər Ağa məscidinin bənzərini inşa etməyimiz rəmzi məna daşıyır”

17:20 04-10-2021 495

“Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhər Ağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, o vaxt Cocuq Mərcanlıda 150 evdən ibarət mərhələli yollarla qəsəbə salındı, məktəb tikildi, tibb məntəqəsi. Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı.