Göygöldə 25 yaşlı gənc bıçaqlanıb
01:20 05-10-2021 466
Göygöl rayonunda 25 yaşlı gənc bıçaqlanıb.
“Report” xəbər verir ki, hadisə Toğanalı kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü R.Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.