Cəbrayılda yeni hərbi hissədəki silahlar: “Harop”, “Quzğun”... – SİYAHI

12:20 05-10-2021 497

Dövlət Sərhəd Xidmətinin Cəbrayıldakı yeni hərbi hissə kompleksinə yerləşdirilən silahların növləri açıqlanıb.

HerGun.Az bu barədə rəsmi məlumata istinadən bildirir.

Məlumata əsasən, hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar daxildir.

Hərbi hissədə zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.