Bakıda 34 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib
00:00 06-10-2021 477
Bakıda intihara cəhd baş verib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1987-ci il təvəllüdlü C.Tağıyeva özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarnın ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.