Sürətlə hərəkət edən avtomobil görmə məhdudiyyəti olan yaşlı kişiyə çırpıldı - VİDEO

21:40 06-10-2021 392

Türkiyənin İzmir şəhərində görmə məhdudiyyəti olan yaşlı kişi yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.

Qəza anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

Görüntülərdə yaşlı kişinin sürücülərdən yol istəməsi əks olunub.

Lakin bu zaman sürətlə hərəkət edən avtomobillərdən biri yolun hərəkət istiqamətinə daxil olan kişiyə çırpılır.

Yaşlı kişinin ağır vəziyyətdə xəstəxanaya aparıldığı qeyd olunur.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)