“Totenhem”in məşqçisi klub prezidentinin “böyük səhvindən” danışdı

02:45 20-08-2019 23

“Totenhem”in baş məşqçisi Maurisio Poçetino klubun prezidenti Daniel Levi və digər komandaların rəhbərlərini tənqid etdi.

SkySports” xəbər verir ki, tənqid İngiltərə Premyer Liqasında yay transfer pəncərəsinin erkən bağlanması ilə əlaqədardır.   

“Mən əvvəlcədən transfer pəncərəsinin erkən bağlanmasının əleyhinə idim. Ancaq hamı düşünürdü ki, bu addım xeyir gətirəcək. Ümidvaram ki, Levi və digər boslar bu qərarın səhv olduğunu anladılar və gələn mövsüm bunu düzəldəcəyik”, - deyə Poçetino bildirib.

Bu il İngiltərədə yay transfer pəncərəsi avqustun 7-də bağlanıb, digər Avropa çempionatlarında isə keçidlər sentyabra kimi mümkündür.