Goranboyda yol qəzasında ata ölüb, üç övladı və həyat yoldaşı xəsarət alıb - FOTO

10:20 10-10-2021 395

Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları - 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəzada daha 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.