Koronavirusdan vəfat edən jurnalist dəfn olunub - FOTO

23:00 13-10-2021 32

Koronavirusdan vəfat edən Nurlan Ağa (Salamov-red) ilə vida mərasimi keçirilib.

HerGun.Az xəbər verir ki, mərasimdə mərhumun tələbə yoldaşları, müəllimləri və media nümayəndələri də iştirak edib.

Gənc alim Abşeron rayonunun Masazır qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, Nurlan Ağa oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura pilləsinin məzunu, Ərzurum Atatürk Universitetinin Jurnalistika fakültəsinin doktorantı olan Nurlan Salamov ölkədə və xaricdə yayımlanan onlarla elmi və publisistik məqalənin, “15 iyul” və media”, “İkinci Qarabağ Müharibəsi” kitablarının müəllifidir.