ABŞ Əfqanıstandan təxliyyə uçuşlarını bərpa edəcək

06:00 15-10-2021 477

ABŞ ilin sonunadək Əfqanıstandan təxliyyyə uçuşlarını bərpa etməyi planlaşdırır.

Aviareyslər viza üçün müraciət edən yerli vətəndaşlar və Əfqanıstandakı amerikalılar üçün nəzərdə tutulub.

Məlumata görə, təxliyyə reyslərinin bərpası tarixi hələ ki, dəqiq şəkildə müəyyənləşdirilməyib. Belə ki, uçuşların bərpası üçün ABŞ-ın Əfqanıstan və qonşu dövlətlərlə bəzi məsələləri razılaşdırması tələb olunur.

Mənbə: “The Wall Street Journal”