Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edilib

09:20 15-10-2021 342

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 7 kvadratmetr sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.