Azərbaycan ordusunun giziri intihar edib - RƏSMİ

11:20 15-10-2021 366

Azərbaycan ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Hadisə oktyabrın 14-də axşam saatlarında qeydə alınıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.