Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALI

14:40 15-10-2021 343

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısında üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib.

Bu barədə “Report”a AYB-dən məlumat verilib.

Bildirilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var.

Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.