Karantin qaydalarını heçə sayan ev sahibləri CƏZALANDIRILDI - FOTO/VİDEO

15:20 15-10-2021 407

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fərdi evlərdə keçirilən toy və şənlik mərasimlərində qaydaların pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Cəyirli kəndində Məhəmməd Vahidova məxsus evin həyətində təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Qayda pozuntularına rayonun Hacağabəyli kəndində Elsevər Quluyevə məxsus ünvanda keçirilən şənlik mərasimində də rast gəlinib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar həmin şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.