Sakinlərin NƏZƏRİNƏ: Bu gün paytaxtın bir neçə küçəsində su gəlməyəcək

10:00 17-10-2021 360

Bu gün Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə HerGun.Az-a “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, bu, magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır.