Bərdədə ağır yol qəzası baş verib: Beş nəfər yaralanıb - FOTO

22:20 17-10-2021 362

Bərdədə baş verən yol qəzası nəticəsində 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdı.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə Bərdə rayonunun Mirzəxanlı kəndində baş verib. Yolla hərəkətdə olan vaz və opel markalı minik avtomobilləri bir birinə çırpılıb.

Faktla bağlı araşdırma işləri başlanıb.