Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı

13:20 18-10-2021 393

Bakıda 20 nömrəli məktəb-lisey bağlanıb.

HerGun.Az xəbər verir ki, buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.

Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar verilib.

İlhamə Əbülfət