ATU-nun beş qrupunun tələbələrində koronavirus aşkarlandı: Əyani təhsil dayandırıldı

17:40 18-10-2021 359

Azərbaycan Tibb Universitetin beş qrupunda tələbələr arasında koronavirus yayılıb.

HerGun.Az-ın məlumatına görə, həmin qruplarda təhsil distant olaraq davam etdiriləcək.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova HerGun.Az-a bildirib ki, bu həftə ərzində beş qrupda koronavirusa yoluxma qeydə alınıb:

“Qrupların hər birində bir tələbə COVID-19-a yoluxub. Dərslər distant formada davam etdiriləcək”.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.

İlhamə Əbülfət