Beyləqanda fermada yanğın olub

20:40 24-10-2021 319

Beyləqan rayonunun İkinci Şahsevən kəndində fermanın ərazisində ümumi sahəsi 68 m² olan qamışdan ibarət tövlə yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Avşar kəndində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.