“Liverpul” “Mançester Yunayted”in daşını daş üstə qoymadı - VİDEO

22:00 24-10-2021 539

İngiltərə Premyer Liqasında IX tur davam edir.

HerGun.Az xəbər verir ki, turun mərkəzi görüşü “Mançester Yunayted” və “Liverpul” arasında keçirilib.

Əfsanəvi “Old Trafford” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların darmadağını ilə yekunlaşıb - 5:0.

Bu qələbədən sonra xalını 21-ə çatdıran “Liverpul” 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə 14 xalla 7-cidir.