Ağstafada 16 yaşlı gənc bıçaqlanıb

22:20 24-10-2021 536

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. S.Sadıqovu bıçaqlamaqda K.Musayev şübhəli bilinir.

Qeyd edək ki, o da gəncdir.

Faktla bağlı araşdırmalara başlanılıb.