Mahir oynadı, komandası darmadağın oldu

01:00 25-10-2021 501

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa çempionatında növbəti oyununa çıxıb.

Varşava təmsilçisi 12-ci turda səfərdə “Pyats”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Legiya”nın ölkə çempionatında ardıcıl 4-cü məğlubiyyəti olub.

Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Legiya” 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var.