“Bavariya”nın ulduz futbolçuları peyvənd olunmayıblar

02:40 25-10-2021 476

Münhenin “Bavariya” klubunun futbolçusu Coşua Kimmix ötən gün “Hoffenhaym” üzərindəki 4:0-lıq qələbədən sonra verdiyi müsahibəsində koronavirusa qarşı vaksinasiya olunmamasına aydınlıq gətirib.

O, peyvəndlə bağlı hələ də bəzi narahatlıqlarının olduğunu bildirib. Hərçənd, idmançı gələcəkdə öz fikrini dəyişəcəyini istisna eməyib.

Qeyd edək ki, Kimmixlə yanaşı alman klubunun Tomas Müller, Benjamin Pavar, Mark Roxa, Mixail Kuizans kimi futbolçuları da COVID-ə qarşı vaksinasiyadan keçməyiblər.

Mənbə: “Haber Global”