Bakıda baş verən qəza tıxaca səbəb oldu - FOTO

11:40 25-10-2021 336

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə HerGun.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxtın Ağa Neymətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıq A.Neymətulla küçəsində tuneldə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Hadisə səbəbindən bu küçədən keçən müntəzəm marşrut xətlərinin intervalında da ləngimələr yaranıb.