Məktəbdən intihar etdiyi deyilən şagirdlə bağlı AÇIQLAMA

21:40 25-10-2021 428

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.