Azərbaycan rayonları ağ örpəyə büründü - VİDEO

11:20 26-10-2021 386

“Oktyabrın 25-i axşam saatlarından başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti kəskin dəyişib. Bu gün səhərədək respublikanın bir sıra rayonlarında yağıntı müşahidə edilib, bəzi rayonlarda intensiv olub”.

Bunu HerGun.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda  havanın temperaturunun aşağı düşməsi nəticəsində şaxta qeydə alınıb:

“Bir sıra rayonlarda qar örtüyü əmələ gəlib. Şahdağ, Xaltan, Qusar, Altıağac, Daşkəsəndə 3 santimetrədək, Xınalıq, Qrız rayonlarında isə 23-25 sm qar örtüyü müşahidə olunur. Bir sıra rayonlarda külək 32 m/san-dək güclənib.

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/san olub, dənizdə dalğanın hündürlüyü 5.5 metrə çatıb”.

O qeyd edib ki, əlverişsiz hava şəraiti gün ərzində davam edəcək.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by HerGun.Az (@oxuaz)