Gəncədə intihara cəhd hadisəsi olub

18:00 26-10-2021 324

Gəncə şəhərində intihara cəhd hadisəsi olub.

HerGun.Az-ın məlumatına görə, Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin kafi olduğu bildirilib. 

Faktı hüquq-mühafizə orqanlarından HerGun.Az-a təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib. 

Qeyd edək ki, ilkin məlumatlara görə Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır. 

Könül Cəfərli