Tayqaya şam qozası yığmağa gedən qadın ayı ilə qarşılaşdı

07:00 27-10-2021 391

Rusiyanın Primorsk diyarında tayqaya şam qozası yığmağa gedən qadın ayının hücumuna məruz qalıb.

Ayı caynaqları ilə qurbanının üz nahiyəsini cıraraq onu tanınmaz hala salıb.

Buna baxmayaraq Olqa adlı qadın ayının pəncəsindən xilas olaraq oradan uzaqlaşa bilib.

Rəsmi qurumların məlumatına görə, xəstəxanaya çatdırılan şəxs əvvəlcə reanimasiyaya yerləşdirilib, lakin sonra o, travmatologiya şöbəsinin ümumi palatasına köçürülüb.

Aidiyyəti qurumlar vətəndaşlardan meşəyə gedərkən diqqət olmağı və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Mənbə: primorsky.ru