Azərbaycanda neçə dini qurum qeydiyyata alınıb?

17:40 27-10-2021 381

2009-cu ildən bu günə qədər 970 dini qurum dövlət qeydiyyatına alınıb.

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, cari ilin 10 ayı ərzində Azərbaycanda hansısa dini icma dövlət qeydiyyatına alınmayıb:

“Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür”.

Könül Cəfərli