Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı - VİDEO

01:20 28-10-2021 340

Türkiyənin İzmir şəhərində xəstəxanaya iynə vurdurmağa yollanan kişi mühafizəçiyə hücum edərək ona xəsarət yetirib.

Verilən ilkin məlumata əsasən, pasiyent həkimin onu qəbul etməyi gecikdirməsini əsas gətirərək həkimlə mübahisə etməyə başlayıb.

Tibb mərkəzinin mühafizəçiləri dərhal insidentə müdaxilə edib. Lakin xəstəxananın mühafizəçilərinin ani diqqətsizliyindən istifadə edən xəstə onlardan birinə başı ilə zərbə endirib.

Zərbə nəticəsində mühafizəçinin yumşaq toxumaları zədələnib.

Hadisə anbaan xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)