Fransada ilin sonuna daha yeddi məscidin fəaliyyəti qadağan ediləcək

03:00 28-10-2021 365

Fransada cari ilin sonuna kimi daha yeddi məscidin bağlanmasına qərar verilib.

Rəsmi qurumların məlumatına əsasən, bağlanan məscidlərdə “radikal islam” ideyaları təbliğ və müdafiə edilir.

Fransanın daxili işlər naziri Jerald Darmanin isə açıqlamasında vurğulayıb ki, yaxın günlərdə qapadılan məscidlərdən birinin icma üzvlərinin bank hesabları dondurulub.

Fransanın daxili işlər nazir həmçinin əlavə edib ki, prezident Emmanuel Makronun vəzifəyə başlamasından bu günə qədər ölkə ərazisində 13 islam dərnəyinin fəaliyyətinə xitam verilib.

 Mənbə: “Trthaber”