İbrahim Tatlısəsdən iş elanı – FOTO

02:40 29-10-2021 552

Türkiyənin populyar müğənnilərindən olan İbrahim Tatlısəs sosial şəbəkə hesabından iş elanı paylaşıb.

O, yardımçısı Şölə xanıma işlərində kömək edəcək, “əli-ayağı düz” bir qadın axtardığını bəyan edib.

Elana telefon nömrəsini də əlavə edən məşhur tezliklə paylaşımı silməli olub.

İfaçı növbəti paylaşımında bu addımını insanların qeyri-ciddiliyilə izah edib.