Qazaxda sərxoş kişi bıçaqlandı - YENİLƏNİB

09:20 29-10-2021 444

Qazax rayon sakini Təvəkkül Musayevin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov HerGun.Az-a bildirib ki, dərhal polis əməkdaşları müvafiq araşdırmalar aparıb, zərərçəkən ilkin ifadəsində özü-özünə xəsarət yetirdiyini bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:02

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Musayev Təvəkkül Şahvələd oğlu qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, Təvəkkül Musayev dava zamanı bıçaqlanıb. O, hadisə vaxtı sərxoş olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

İlhamə Əbülfət