Zorlanan 11 yaşlı qız dünyaya uşaq gətirdi - YENİLƏNİB

17:40 29-10-2021 414

İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qıza qeysəriyyə əməliyyatı edilib.

Bu barədə HerGun.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.

O bildirib ki, qız əməliyyat olunub:

“Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib”.

15:53

Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli rayonunda qeydə alınıb. 

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.