Ağdamda yüzlərlə tikili bərpa olunub - VİDEO

18:20 29-10-2021 311

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağdamda 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti dağıdılıb, 1750-dən çox tikiliyə zərər dəyib.

Dövlət başçısının tapşırığına əsasən, qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq 1450-dən çox tikili təmir-bərpa olunub, 27 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə yenidən tikilərək artıq sakinlərə təqdim edilib.

Hazırda 5 yaşayış evinin tikintisi bitmək üzrədir. Bununla yanaşı, 300 tikilinin təmir-bərpası işləri görülür.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin tikinti, təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Aparılan təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.