İsmayıllıda iki azyaşlı uşağı olan qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanılıb

21:00 29-10-2021 330

İsmayıllı rayonunda iki azyaşlı uşağı olan qardaşı arvadını döyərək ölümlə hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən İ.Məmmədov saxlanılıb və izahatı alınıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma davam edir. Təyin olunan ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı ötən gün vəkil Rövşanə Rəhimli məlumat yaymışdı.

Mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət etmişdi.