Kamberbetç rusiyalı casus Litvinenkonu canlandıracaq - FOTO

21:40 29-10-2021 371

Tanınmış britaniyalı aktyor Benedikt Kamberbetç HBO-nun “Londonqrad” mini serialında keçmiş FSB zabiti Aleksandr Litvinenko rolunu oynayacaq.

Film britaniyalı jurnalist Alan Kouellin 2006-cı ildə Londonda Litvinenkonun zəhərlənməsindən bəhs edən “The Terminal Spy” (“Sonuncu casus”) kitabının süjeti əsasında çəkiləcək.

Qeyd edək ki, Böyük Britaniyadan sığınacaq alan Aleksandr Litvinenko 2006-cı il noyabrın 23-də Londonda ölüb. Ekspertizanın fikrincə, o, radioaktiv polonium ilə zəhərlənib, bununla belə onun ölümünün bütün detalları hələ tam müəyyən edilməyib və mübahisəlidir.

2016-cı ilin yanvarında Londonda bu ölümün təhqiqatının nəticələrinə dair təqdim olunan hesabatda onun ölümündə Rusiyanın əli olduğu, qətlin icraçıları kimi rusiyalı Andrey Luqovoy və Dmitri Kovtun adlarının çəkildiyi iddia edilib.

Moskva hesab edir ki, Londonun “Litvinenko işi”ni araşdırmaq üçün atdığı addımlar siyasi motivlidir.

Mənbə: Variety