Bakıda tuneldə zəncirvari qəzada sürücü xəsarət alıb, sərnişin şok keçirib – FOTO

00:00 30-10-2021 294

“20 Yanvar” dairəsindən Z.Bünyadov prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza zamanı yük maşınına, iki “Toyota” markalı, bir “Hyundai” markalı avtomobilə və avtobusa ziyan dəyib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəzada yük avtomobilinin sürücüsü qaş nahiyəsindən xəsarət alıb, sərnişin isə şok keçirib.

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.

Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.