Tramp ABŞ-da üçüncü cins üçün pasportları tənqid etdi - FOTO

01:00 30-10-2021 376

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə üçüncü gender üçün (“X”) pasportların verilməsini tənqid edib.

Vəziyyət eks-liderdə inamsızlıq yaradıb. O, bu barədə öz “Telegram” kanalında yazıb.

“Bizim ölkəmizdə belə bir şey baş verə bilərmi? ABŞ “X” gender markeri ilə ilk pasportunu verir", - deyə Ağ Evin keçmiş rəhbəri qəzəblə bildirib.

Qeyd edək ki, hazırda Avstraliya, Hindistan, Kanada, Malta, Nepal və Yeni Zelandiya kimi bir sıra ölkələrin pasportlarında üçüncü cins artıq var.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Ned Prays bildirmişdi ki, ABŞ-da ilk dəfə olaraq “X” markeri ilə üçüncü gender pasportu verilib.

Mənbə: Lenta.ru