Göldə çimən kişi timsahın hücumuna məruz qalıb - ANBAAN VİDEO

03:40 30-10-2021 421

Braziliyada göldə çimən kişi timsahın hücumuna məruz qalıb.

Daha əvvəl ətrafdakı insanlar ona suda şübhəli canlının olduğu barədə xəbərdarlıq edib.

Lakin xəbərdarlığa məhəl qoymayan şəxs bir neçə saniyə sonra timsahın hücumuna məruz qalıb.

Xoşbəxtlikdən timsah ona ciddi xəsarət yetirməyib və o, üzərək sahilə çıxa bilib.

Ətrafdakı insanlardan biri hadisəni anbaan telefonuna çəkib.

Mənbə: Mənbə: Life Shot “Telegram” kanalı