Rusiyadan Gürcüstan şirkətlərinə qadağa

20:36 22-06-2019 684

Gürcüstan aviaşirkətləri iyulun 8-dən Rusiyaya uçuşlar həyata keçirə bilməyəcək.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, artıq Rusiya tərəfi bu haqda Gürcüstanın müvafiq strukturlarını xəbərdar edib.  

Səbəb kimi aviasiya təhlükəsizliyinin yetərli səviyyədə təmin edilməsinin vacibliyi, habelə aeronaviqasiya fəaliyyətinə görə borcların mövcudluğu göstərilir.

Qeyd edək ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin yerli aviaşirkətlərə Rusiya vətəndaşlarının Gürcüstana daşınmasını qadağan edən fərman imzalayıb.