Koronavirusun müalicəsi üçün dərman mövcuddur?

08:00 30-10-2021 349

Rusiyalı anestezioloq-reanimatoloq Denis Protsenko koronavirusun müalicəsi üçün effektiv və məqsədyönlü dərman vasitəsinin olmadığını açıqlayıb.

“Müalicə dəyişir, lakin bu, virusun deyil, onun yaratdığı fəsadların müalicəsidir”, - deyə tibb elmləri üzrə fəlsəfə doktoru bildirib.

Mütəxəssisin sözlərinə görə, peyvənd immun sisteminin virusa qarşı hazırlanmasıdır. O, xəstəxanada yatan xəstələrin əksəriyyətinin vaksin vurdurmayanlar olduğunu vurğulayıb.

Protsenko onu da qeyd edib ki, altı aydan sonra COVID-19-a təkrar yoluxma riski var, ona görə də artıq bu xəstəlikdən sağalan vətəndaşlara hər altı aydan bir peyvənd olunmaq tövsiyə olunur.