Son sutkada vaksin olunanların sayı açıqlandı - FOTO

15:40 30-10-2021 352

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 799 doza vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 962 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 617 755, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 227 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 390 426 təşkil edir.