Türkiyə və Rusiyanın xarici işlər nazirləri cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

23:40 30-10-2021 379

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüş İtaliyanın paytaxtı Romada Böyük İyirmiliyin (G20) zirvə görüşü çərçivəsində baş tutub.

Görüş zamanı diplomatlar Qafqazda və Balkanlarda vəziyyətin sabitləşməsi üçün iki ölkənin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkiblər.

Görüşdə həmçinin Bosniya məsələsinin həlli üçün çoxtərəfli formatlardan istifadə də müzakirə olunub.

Diplomatlar cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün regional “3+3” mexanizminin işə salınması barədə də fikir mübadiləsi aparıblar.

Mənbə: TASS