Baydenin tərcüməçisinin üz mimikası sosial şəbəkələrdə “mem”ə çevrildi - VİDEO

04:40 31-10-2021 464

Ağ Evdə akkreditə olunmuş sinxron tərcüməçi Elisabetta Savinya Ullmanın üz ifadələri sosial şəbəkələrdə "mem"ə çevrilib.

O, şənbə günü Vatikanda Papa Fransisk ilə ABŞ prezidenti Co Bayden arasında baş tutan söhbətdə təcrüməçi olub. Söhbət zamanı tərcüməçinin emosiyaları və geniş gülümsəməsi istifadəçilərin marağına səbəb olub. Araşdırma zamanı isə maraqlı təsadüf ortaya çıxıb.

Məlum olub ki, 2019-cu ildə İtaliya prezidenti Serco Mattarellanın ABŞ-a səfəri zamanı da o, tərcüməçi olub. Ancaq həmin vaxt Trampın İtaliya prezidentini “Mozzarella” adlandırması Ullmanı şoka salmışdı. 

Mənbə: Independent