Qazaxda qohum sürücülərin idarə etdiyi avtomobillər toqquşub, xəsarət alanlar var

05:00 31-10-2021 346

Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ürkməzli kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində sürücülər - Ürkməzli kəndin sakini, 1967-ci il təvəllüdlü Bahadur Dursun oğlu Əhmədov və həmin kəndin digər sakini, 1995-ci il təvəllüdlü İlham Hüseyn oğlu Əhmədov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıb. İ.Əhmədovun xəsarəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Qeyd edək ki, toqquşan avtomobillərin sürücüləri bir-birilərinə qohumdurlar.

Faktla bağlı araşdırmalara başlanılıb.