Bakı-Qazax yolundakı qəzanın təfərrüatı və xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB

15:20 31-10-2021 357

Bakı-Qazax magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini, 1978-ci il təvəllüdlü Cabbarova Aynurə Muradil qızı “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb.

Hadisə zamanı sürücü Aynurə Cabbarova, övladı 2008-ci il təvəllüdlü Cabbarov Mirhüseyn Mirzə oğlu və Gəncə sakini, 2002-ci il təvəllüdlü Aysun Darqayi Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

14:03

Bakı-Qazax avtomobil yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə magistral yolun Ağdaş rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi minik avtomobili maneəyə çırpılıb. Nəticədə sürücü və iki övladı xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.