Salyanda yol qəzası olub, xəsarət alanlar var

23:00 31-10-2021 375

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəhər sakinləri - 1987-ci il təvəllüdlü Orucova Güldanə Əhməd qızı və 2013-cü il təvəllüdlü Dadaşlı Emil Fəqani oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.